İran bazası vuruldu: Ölənlər var
24.05.2018
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid olduğu iddia edilən bazaya aviazərbələr endirib.
"Dövran Media" xəbər verir ki, Suriya mətbuatının iddiasına görə, hücum zamanı 12 döyüşçü öldürülüb.
İsrailin "Haaretz” nəşri də həyatını itirən şəxslərin Bəşər Əsəd rejiminin qüvvələri deyil, iranlılar olduğunu təsdiqləyib.
İran rəsmiləri məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.