İranda ölənlərin sayı artır
31.03.2020
Bu günə olan məlumata görə, İranda koronavirusa yoluxanların sayı artaraq 41 min 495-ə, ölənlərin sayı isə 2757-yə çatıb.
Məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, son 24 saat ərzində xüsusi xəstəxanalarda müalicə alan 117 nəfər həyatını itirib.
Bununla yanaşı, indiyədək 13 min 911 nəfər sağalaraq evə buraxılıb.