Gürcüstanda komendant saatı
30.03.2020
Martın 31-dən başlayaraq Gürcüstanda komendant saatı tətbiq olunacaq.
Bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxaria martın 30-da keçirdiyi brifinqdə məlumat verib.
Baş nazir deyib ki, martın 31-də saat 21:00-dan saat 06:00-dək ölkə ərazisində piyadaların və nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq.
Məlumat üçün qeyd edək ki, Gürcüstanda hazırda fövqəladə vəziyyət rejimidir və bu qərar aprelin 21-dək qüvvədədir.