Avropa yay vaxtına keçdi
29.03.2020
Avropanın əksər ölkələri bazar gününə keçən gecə saatların əqrəbini bir saat irəli çəkərək yay vaxtına keçid edib.
Finlandiyanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən verilən məlumata görə, Helsinki saatların çəkilməsinə son qoymaq üçün hələ də Avropa İttifaqında təşəbbüs göstərir.
Hazırda Finlandiyanın yay vaxtının tətbiqi praktikasının dayandırılması barədə təşəbbüsü reallaşma mərhələsindədir. Avropa Parlamenti 2019-cu ilin yaz aylarında Helsinkinin təşəbbüsünə dəstək verib və yay vaxtına keçid 2021-ci ildən etibarən dayandırılmalıdır.