Ağsaqqallar Şurası Dəstək Fonduna vəsait köçürüb
27.03.2020
Azərbaycan Ağsaqqallar Şurası dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürdüyü təşəbbüsə qoşulub.
Azərbaycan Ağsaqqallar Şurası Prezidenti İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait köçürüb.