21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Daha 19 soydaşımız vətənə gətirilib

26.03.2020

COVID-19 pandemiyası ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsində yaradılmış operativ qərargah xaricdə yaşayan soydaşlarımıza mümkün dəstəyini, o cümlədən zərurət yarandığı hallarda Azərbaycana təxliyə olunması üzrə fəaliyyətini davam etdirir. Komitənin dəstəyi və Polşa Azərbaycanlıları Şurasının (PAŞ) rəhbəri Fərid Cəfərlinin təşəbbüsü ilə martın 26-da 19 həmvətənimiz Varşavadan Azərbaycana qayıdıb.

Komitədən AZƏRTAC-a bildirilib ki, Polşanın müxtəlif şəhərlərində yaşayan 19 həmvətənimiz ailə və şəxsi problemləri üzündən təcili şəkildə Azərbaycana qayıtmaq istəyi ilə Polşa Azərbaycanlıları Şurasına müraciət edib. Bir neçə gün Varşavadakı Azərbaycan Evində qonaq saxlanılan həmvətənlərimizin sərhədlərin bağlı olduğu şəraitdə Vətənə dönüşünün təmin olunması məqsədilə alternativ variant seçilib. Onların öncə Varşavadan Minskə avtobusla, oradan isə təyyarə ilə Azərbaycana yola salınması qərara alınıb.

Bunun üçün PAŞ rəhbəri Fərid Cəfərli Azərbaycanın Polşadakı səfirliyi, eləcə də Polşa və Belarusun sərhəd xidmətləri ilə danışıqlar aparıb. Səfirliyimizdən həmvətənlərimizin ölkə vətəndaşı olduqlarını təsdiqləyən sənədlər alınıb, avtobusun Polşa-Belarus sərhədindən buraxılmasına nail olunub, onların əksəriyyəti təyyarə biletləri ilə təmin edilib və Minsk hava limanından Azərbaycana yola salınıb.

Hazırda 19 həmvətənimiz Azərbaycandakı mövcud karantin qaydalarına uyğun olaraq Lerikdəki "Relaks” otelinə yerləşdirilib.