“Su-27” qırıcısı Qara dənizə düşüb
26.03.2020
Rusiyaya məxsus "Su-27” qırıcı təyyarəsi Qara dəniz üzərində radarlardan itib.
TASS agentliyi bildirir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, martın 25-də yerli vaxtla saat 20:10 radələrində planlaşdırılmış uçuşlar həyata keçirən "Su-27” qırıcı təyyarəsi Feodosiyadan 50 kilometr məsafədə, Qara dəniz üzərində radarlardan itib.
İlkin məlumatlara görə, təyyarə dənizə düşüb. Pilotun axtarışına və xilas edilməsinə Cənub Hərbi Dairəsinin axtarış və xilasetmə xidmətinin qüvvə və vasitələri, o cümlədən "An-26” təyyarəsi və "Mi-8” helikopteri cəlb olunub.
Əməliyyat bölgəsində hökm sürən əlverişsiz hava şəraiti axtarış işlərini çətinləşdirir.