Bir həftədə 201 min yoluxma
26.03.2020
Ukraynada son bir həftədə 2 nəfər qrip və kəskin respirator virus infeksiyasından ölüb.
Bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təkcə ötən həftə 201 mindən artıq insan qripə yoluxub, onlardan 53,2 faizi uşaqlardır.
Yeni epidemioloji mövsümdə Ukraynada 68 nəfər qripdən həyatını itirib. Ölənlərin heç biri qripə qarşı vaksin olunmayıb.