Türkiyədə qalma müddəti bitənlərin DİQQƏTİNƏ!
25.03.2020
Koronavirus səbəbindən Azərbaycanla Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədə qalan, viza və ya ölkədə qalma müddəti bitən vətəndaşlarımız ölkəmizin İstanbuldakı Baş Konsulluğuna müraciət edə bilərlər.
Bu barədə Baş Konsulluqdan məlumat verilib.
Bildirilib ki, hazırda Türkiyədə olan, bu ölkədə qalma və ya viza müddəti bitən vətəndaşlarımız ad, soyad, pasport məlumatlarını konsulluğa təqdim etməlidirlər.
Bununla bağlı diplomatik nümayəndəliklə Türkiyənin Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Razılaşmada bu məlumatları təqdim edən vətəndaşlarımızın Türkiyədən çıxış edərkən viza və ya ölkədə qalma qaydalarının pozuntularından irəli gələn cərimə tətbiqindən azad olunmaları nəzərdə tutulur.
Azərbaycan vətəndaşları qeyd olunan məlumatları Baş Konsulluğun
[email protected] elektron ünvanına göndərə bilərlər.