İlham Əliyevdən Yunanıstan Prezidentinə
24.03.2020
Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri
xanım Katerina Sakellaropuluya
Hörmətli xanım Prezident,
Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 mart 2020-ci il.