Bu ölkədə fövqəladə sanitar vəziyyət rejiminin tətbiqinə başlanılıb
24.03.2020
Fransada COVİD-19 epidemiyasına qarşı daha səmərəli mübarizə aparmaq məqsədilə rəsmi olaraq fövqəladə sanitar vəziyyət rejiminin tətbiqinə başlanılıb.
Artıq bir neçə həftədir Fransa ərazisində yayılmağa başlamış koronovirus epidemiyasına qarşı mübarizəni gücləndirmək məqsədilə fövqəladə sanitar vəziyyət rejimi martın 24-dən etibarən 2 ay müddətində tətbiq olunacaq.
Ölkədə COVİD-19 daşıyıcılarının sayı 20 minə yaxındır, koronovirusdan ölənlərin sayı 860-a çatıb ki, bunun da 186-sı son 24 saat ərzində qeydə alınıb.