21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaponiyada Olimpiya alovu estafetsiz gəzdiriləcək

24.03.2020

"Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi Olimpiya məşəli estafetinin keçirilməməsi və bunun əvəzində Olimpiya alovunun olduğu fənərin bütün Yaponiya ərazisində gəzdirilməsi barədə qərar qəbul edib.

NHK telekanalı xəbər verir ki, təşkilat komitəsinin qərarına görə Beynəlxalq Olimpiya Komitəsi (BOK) ilə Oyunların vaxtının dəyişdirilməsi ilə əlaqədar yekun razılaşma əldə edilməyənədək Olimpiya məşəli estafeti başlamayacaq.

Olimpiya Oyunlarının fənər içərisinə yerləşdirilmiş alovunun martın 26-dan başlayaraq Yaponiya üzrə səyahətə çıxacağı gözlənilir.

Rəsmi mənbələrin bildirdiyinə görə, təşkilat komitəsi bu barədə qərarı BOK ilə "Tokio 2020” Olimpiya və Paralimpiya Oyunlarının vaxtının dəyişdirilməsi barədə müzakirələrin başlaması ilə əlaqədar qəbul edib.
Bildirilir ki, məşəl estafetinin marşrut boyunca çoxlu sayda insanı cəlb etməsi yeni koronavirusun yayılması üçün əlverişli şərait yarada bilər.

Xatırladaq ki, ilkin plana əsasən məşəl estafetinin martın 26-da Fukuşima prefekturasından başlaması nəzərdə tutulurdu. Hazırda fənər içərisində saxlanan Olimpiya alovu Yaponiyanın şimal-şərqində yerləşən və 2011-ci il təbii fəlakəti zamanı böyük zərər dəymiş üç qonşu prefekturada nümayiş etdirilir.

Təşkilat komitəsi Olimpiya alovunun ötürülməsinin masştabını qısaltmaqla burada tamaşaçıların iştirakını azaltmağa çalışır.