Türkiyədə 11 min 269 nəfər karantinə alınıb
23.03.2020
Türkiyədə koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində xarici ölkələrdən vətənə qayıdan 11 min 269 vətəndaş karantinə alınıb.
Bu barədə Türkiyənin Gənclik və İdman naziri Mehmet Kasapoğlu bildirib.
Qeyd edilib ki, hazırda Türkiyənin 23 şəhərindəki tələbə yataqxanaları karantin mərkəzi olaraq fəaliyyət göstərir. Bunun üçün ölkə üzrə ümumilikdə 36 yataqxana boşaldılıb.