Qazaxıstanda vətəndaşlara müavinət ödəniləcək
23.03.2020
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev koronavirus səbəbindən ölkədə elan edilmiş fövqəladə vəziyyətlə bağlı vətəndaşlara müavinət ödəməyi tapşırıb.
İkin ehtimala görə, 500 min ölkə vətəndaşı COVID-2019 pandemiyası fonunda maliyyə çətinlikləri yaşayır. Ümumilikdə azı 1,5 milyon qazaxıstanlının yardıma ehtiyacı olduğu qeyd edilib.
Həmçinin prezident Qazaxıstanda fövqəladə vəziyyət dövründə borclulara kreditlərin təxirə salınmasını, koronavirusla mübarizəyə cəlb olunmuş həkimlərə və polis işçilərinə bir aylıq əməkhaqqı miqdarında mükafat ödəmək üçün göstəriş verib.
Qeyd edək ki, Qazaxıstanda bu günə qədər koronavirusa yoluxan 62 nəfər qeydə alınıb.