DDA Dəstək Fonduna 250 min manat ayırıb
23.03.2020
Dövlət Dəniz Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov AZƏRTAC-a bildirib ki, agentlik Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat məbləğində vəsait köçürüb.