21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Xameneyidən ABŞ-a sərt cavab

22.03.2020

İranda koronavirusa yoluxanların sayı 21 min 638-ə, ölənlərin sayı isə 1685-ə çatıb.
Bunu İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi Tehranda keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, martın 22-də 1028 nəfərdə virus aşkarlanıb və onlar təcili olaraq karantinə alınıblar. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 7913 nəfər sağalaraq evə buraxılıb və virusa təkrar yoluxma halları qeydə alınmayıb.

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi dövlət televiziyası ilə xalqa müraciətində əhaliyə tibb işçilərinin və koronovirusla mübarizə üçün yaradılan operativ qərargahın tövsiyələrinə ciddi şəkildə əməl etməyə çağırıb.
Ali Rəhbər ABŞ-ın İrana yardın etmək təklifinə də toxunub. O bildirib ki, ABŞ-ın İranı iqtisadi blokadada saxlaması ilə yardım təklif etməsi bir araya sığmır. İranın yardımdan imtina etməsinə gəlincə isə qeyd edib ki, ABŞ yardımı öz vətəndaşlarına etsin. Çünki ABŞ-da virusa yoluxanların və yardıma ehtiyacı olanların sayı İrandan daha çoxdur. Ali Rəhbər ABŞ-ın yardım təklifinə "Siz əvvəlcə öz dərdinizə çarə tapın” cavabını verərək, Ağ Ev administrasiyasını riyakarlıqda və yalan danışmaqda ittiham edib.

İranın Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr isə rekord həddə antibiotik istehsal ediblər. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların müalicəsi üçün istifadə edilən antibiotiklər İranda istehsal olunur. Müəssisələr adi vaxtlardan fərqli olaraq 2,5 dəfə çox antibiotik istehsal edib və xəstəxanalara veriblər.

Prezident Həsən Ruhani də televiziya ilə xalqa müraciət edib. O bildirib ki, ölkədə virusa yoluxma halları azalmaqdadır və bu, İran səhiyyəsinin virusun öhdəsindən gələcəyini deməyə əsas verir. Prezident bir daha əhaliyə imkan daxilində evdən çıxmamağı tövsiyə edib. Nəzərə çatdırıb ki, hökumət bu ağır günlərdə vətəndaşlara və iş adamlarına yardım edəcək. Artıq yardım haqqında proqram hazırdır. Əhalinin aztəminatlı təbəqəsi və virusun yayılmasından zərər çəkən iş adamlarına, həmçinin kiçik şirkətlərə dövlət maddi yardım göstəriləcək.