Almaniya: "Avropa şirkətləri İrandan getməli olacaq"
24.05.2018
"Bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq".
"Dövran Media" "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya federal kansleri Angela Merkel deyib.
Kansler bildirib ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına hörmətlə yanaşır: "Saziş əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir".