Şahzadəsi koronavirusa yoluxdu
19.03.2020
Monako şahzadəsi İkinci Albertin də koronavirus testi müsbət çıxıb və onun infeksiyaya yoluxduğu təsdiqlənib.
Dövlət başçısı özünü normal hiss edir və həkim nəzarətində də olsa fəaliyyətini davam etdirir.
"Əlahəzrətin səhhəti hər hansı narahatlığa əsas vermir”, – deyə sarayın açıqlamasında qeyd olunub.
Sənədə görə iş otağında çalışmalarına davam edən dövlət başçısı hökumət üzvləri ilə daim əlaqə saxlayır.
Qeyd edək ki, üç gün əvvəl ölkənin baş naziri Serj Tellenin də koronavirus testi müsbət nəticə göstərib.