ABŞ-ın məxfi hesabatı: Coronavirus dalğalarla ABŞ-a təsir edəcək
19.03.2020
ABŞ-da çıxan New York Times qəzetinin xəbər verdiyi və ABŞ hökuməti tərəfindən yayımlandığı iddia edilən koronavirus ehtiva edən məxfi hesabatda yayılmanın 18 ay davam edə biləcəyini və dalğalarla yayıldığını bildirilib.
Coronavirus haqqında gizli hesabatın 100 səhifə olduğunu bildirən New York Times yayılmanın 18 ay davam edə biləcəyini və tibbi ləvazimat çatışmazlığının yaranacağını bildirib.
Hesabatda koronavirusun dalğalarla ABŞ xalqına təsir edəcəyi və əyalət ilə yerli hökumətlər arasında koordinasiya problemi ola biləcəyi ifadə edilib.
New York Times hesabatın ABŞ Prezidenti Donald Trumpın fövqəladə vəziyyət elan etdiyi və rəhbərlik üçün bir fəaliyyət planı olduğu cümə günü yayımlandığını vurğulayıb.
Hesabatda həmçinin bildirilir ki, baş verən xəstəliyin sürətlə yayılması ilə dolan xəstəxanalar və tibb mərkəzlərinə hansı formada kömək edilə bilər.
New York Times vurğulayır ki, tibbi ləvazimatlarının və tibb işçilərinin çatışmazlığı baş verə bilər və ABŞ prezidentinin səlahiyyətləri bu xəstəliklə mübarizə üçün bu sahə işçilərinin sayını artıra bilər.