Azərbaycanda dollara tələb azalıb
19.03.2020
Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirilib.
Bankdan Axar.az-a verilən məlumata görə, hərracda dollara tələb martın 17-nə nisbətən 6,6 milyon ABŞ dolları və ya 2,6% azalaraq 243,7 mln ABŞ dolları təşkil edib və tam təmin edilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.