Onlar virusu 3 dəqiqəyə müəyyənləşdirən test ixtira etdi - FOTO
19.03.2020
ABŞ-da türkiyəli cütlük koronavirusu qısa zamanda müəyyənləşdirən test ixtira ediblər.
Sondakika.com-un məlumatına görə, Serhat Pala və arvadı Zeynəb İlqazın ixtira etdikləri test 3-10 dəqiqə ərzində virusun olub-olmadığını müəyyən edir.
Bunun üçün bir damla qanın kifayət olduğunu deyən cütlük çinli ortaqları ilə gündə 500 min test istehsal edərək, dünya üzrə satışa çıxardıqlarını deyiblər.