Ən qeyri-stabil ikinci valyuta - Rus rublu
19.03.2020
Rusiya rublu koronavirus pandemiyası və "OPEK+” razılaşmasının dağılması fonunda ABŞ dollarına münasibətdə dünyanın ikinci ən dəyişkən valyutası seçilib.
Bu məlumatı "Blumberq” agentliyi yayıb.
Məlumata görə, hazırda rus rublunun volatilliyi 24,9% təşkil edir. O bu göstəriciyə görə yalnız Meksika pesosuna (26,5%) uduzub.
Qeyd edək ki, "OPEK+” razılaşması çökənə qədər rubl bu siyahıda 4-cü yerdə olub.