03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Senator Rusiyadan və “OPEK” ölkələrindən neft almamağa çağırdı

19.03.2020

Neft hasilatı ilə məşğul olan Şimali Dakota ştatının senatoru Kevin Kramer ölkə Prezidenti Donald Trampı Rusiyadan, Səudiyyə Ərəbistanından və İraq kimi "OPEK”-in digər ölkələrindən neft almamağa çağırıb.
"New York Post” xəbər verir ki, senator bu ölkələrin dünyada koronavirusla bağlı vəziyyətdən ABŞ-a qarşı istifadə etdiklərini bildirib.
"Onlar bazarları ucuz neftlə doldurmaq istəyirlər. Bu ölkələrdən gələn neftə embarqo qoymaq lazımdır. 2018-ci ildə ABŞ bu üç ölkədən gündə 1,5 milyon barrel neft alırdı. Bu gün həmin dövlətlər bizim istehsalçılarımızın və işçilərimizin ziyana gedəcəyini gözləyirlər. Biz onlara aydın siqnal ötürməliyik ki, ABŞ-ı ələ salmaq, bizə hörmətsizlik etmək olmaz”, - deyə senator vurğulayıb.