Moskva - virusun peyvəndini bu vaxta hazırlaya bilərik
18.03.2020
Rusiyada yeni tip koronavirus peyvəndinin ilk nümunəsi 3 ay ərzində hazırlana bilər.
Bu barədə Moskva Dövlət Universitetinin rəsmisi Olqa Karpova məlumat yayıb.
Bitkilərə hücum edən, lakin insanlar üçün təhlükəli olmayan bir tütün mozaikası virusundan sferik hissəciklər əldə edə bildiklərini deyən Karpova bu virusun gövdəsinin işləndikdən sonra istənilən növ zülala yapışa biləcək mükəmməl bir muncuq halına gələcəyini söyləyib.
O qeyd edib ki, zərrəciklər koronavirus kimi qəbul ediləcək, ancaq xəstəlik deyil, şəfa daşıyıcısı olacaq.