Tramp Ağ Evi "TƏMİZLƏYƏCƏK"
23.05.2018
"Dövran Media” dünya mətbuatına istinadən xəbər verir ki, Politico qəzetinin məlumatına görə, Tramp Ağ evin mətbuat xidmətinin tərkibində əhəmiyyətli dərəcədə dəyişiklik etməyi təklif edib. Bu ideyanı prezident aparatının rəhbəri Con Kelli də dəstəkləyib. Xidmətin orta və aşağı səviyyəli bir qrup əməkdaşının işdən azad ediləcəyi gözlənilir. Bu dəyişiklikdə prezidentin mətbuat katibi Sara Sandersə
toxunulmayacaq. Nəşrin məlumatına görə, bu faktdır ki, Tramp prezidentliyin ilk günündən etibarən bütün daxili danışıqların xaricə sızmaları sayəsində media və ictimaiyyətin mülkiyyətinə çevrilməsindən narazı idi. Bir neçə ay ərzində Ağ Evdə bu məsələni həll etməyə çalışdılar və prezident özü isə şəxsən işçilərdən xaricə məlumat ötürənin kimliyini aydınlaşdırırdı.Con Makkeynlə qalmaqal isə son damla oldu.