03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

103 yaşlı qadın koronavirusdan sağaldı

18.03.2020

İİranın Simnan şəhərində koronavirusa yoluxan 103 yaşlı qadın sağalıb.
Bunu Simnan Səhiyyə Elmləri İnstitutunun rektoru Nəvid Danai bildirib. Onun sözlərinə görə, ahıl qadın xəstəxanada koronavirusdan müalicə olunaraq evə buraxılıb.
Rektor xəstənin adını açıqlamayaraq bildirib ki, 103 yaşlı qadın bir həftə Simnanda Kövsər xəstəxanasında müalicə olunub.
Məlumata görə, koronavirusdan yaşlıların sağalması hadisəsi əvvəl də olub. Çinin Uhan şəhərində 100 yaşlı, İranın Bəm şəhərində isə 91 yaşlı xəstə sağalıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 988 nəfər olduğunu açıqlayıb.
O bildirib ki, daha 1 178 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 16 169 nəfərə çatıb.
K.Cahanpur həmçinin 5 389 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.
Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.
Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.
Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.
Hökumət koronavirusun kütləvi yayılması ilə əlaqədar olaraq, 17 əyalətə girişi qadağan edib.
Bundan əlavə, İranın ali rəhbərinin ənənəvi Novruz bayramı çıxışı epidemiyaya görə təxirə salınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 167 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 199 193-ə çatıb. Bunların 82 783 nəfəri sağalıb, 7 994 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.