Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır
18.03.2020
Sabahdan martın 29-na qədər Bakı-Sumqayıt-Bakı və Bakı-Pirşağı-Bakı elektrik qatarları istisna olmaqla, ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır.
Azərbaycan Dəmir Yolları QSC-nin məlumatına görə, söhbət aşağıdakı qatarlardan gedir:
- Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı
- Bakı-Tbilisi-Bakı (Böyük Kəsikə kimi) sərnişin qatarı
- Bakı-Böyük Kəsik-Bakı sərnişin qatarı
- Bakı- Köçərli -Balakən-Bakı sərnişin qatarı
- Bakı-Astara-Horadiz-Bakı sərnişin qatarı
- Bakı-Yalama-Bakı elektrik qatarı
- Bakı-Şirvan-Hacıqabul-Bakı elektrik qatarı
Bu qatarlara alınan biletlər geri qaytarılarkən gediş haqqı məbləği tam şəkildə sərnişinlərə qaytarılır. Bu gün isə Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək.