Azərbaycanda qızıl bahalaşdı
18.03.2020
Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Trend-in məlumatına görə, martın 18-də qızılın qiyməti martın 17-si ilə müqayisədə 44,2425 manat artaraq 1 unsiya üçün 2 598,0505 manat təşkil edib.
Gümüş 0,1514 manat ucuzlaşaraq 1 unsiya üçün 21,783 manata bərabər olub.
Platinin qiyməti 13,3195 manat azalaraq 1 142,2895 manat, palladiumun qiyməti 7,854 manat artaraq 2 822,34 manat təşkil edib.