Şahzadə Harri ilə Meqan ayrılıqla üzləşdi - virusa görə
18.03.2020
Koronavirusa qarşı görülən tədbirlərlə əlaqədar şahzadə Harri ilə Meqan Markl ayrılıq təhlükəsi ilə üzləşib.
Bu barədə "Daily Mail” məlumat yayıb.
Mart ayının əvvəlində Meqan Markl kraliyyət tədbirlərində iştirak etmək üçün qısa bir müddətə Böyük Britaniyaya gəlmişdi. Tezliklə o, geri qayıdıb. Harri isə müəyyən məsələlərə görə vətənində qalmalı olub.
COVID-19-un yayılmasının qarşısını almaq üçün görülən tədbirlər Harrinin Kanadaya qayıtmasına mane ola bilərdi. Belə ki, o, əgər Kanadaya vaxtında qayıtmasaydı, sərhədlər bağlandığı üçün ailə ayrı qalmaq məcburiyyətində olardı.
Martın 16-da Kanada hökuməti vətəndaşlığı və ya yaşamaq icazəsi olmayan insanların ölkəyə daxil olmasını qadağan edib. Sərhəd yalnız diplomatlara, Kanada vətəndaşlarına, təyyarələrin heyət üzvlərinə və ABŞ vətəndaşlarına açıqdır. Onlar ölkəyə daxil olduqdan sonra 14 gün ərzində özünü təcrid rejiminə riayət etmək məcburiyyətindədirlər.
"Daily Mirror” isə yazıb ki, Kanadanın sərhədləri bağlandığı üçün şahzadə Harri yaxın gələcəkdə İngiltərəyə qayıda bilməyəcək.