Kadırov: Təşvişə düşməyin, ərzaq alıb doldurmayın!
18.03.2020
Koronavirusdan dolayı panikaya qapılmayın, kifayət qədər ərzaq ehtiyatı var və kimsə aclıqdan əziyyət çəkməyəcək.
Bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
"Mən Səhiyyə naziri ilə canlı efirə çıxmışam deyəm ki, dünyanın sonu deyil. Təşvişə düşməyin, bizdə koronavirusa yoluxan bir nəfər də yoxdur. Hər şeyi - ərzaq, meyvə, lazım olan-olmayanı alırlar. Ərzaq hər zaman olub və olacaq. İki hərbi kampaniya zamanı mən aclıqdan ölən görmədim. Çeçenlər hər zaman bir-birinə kömək edib və edəcək”, - deyə Kadırov efirdə bildirib.