21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Koronavirus havanın təmizlənməsinə səbəb oldu

17.03.2020

Çində ortaya çıxan və Avstraliyadan Avropaya qədər fərqli qitələrə yayılan koronavirus, dünya ticarətinə də olduqca ciddi ziyanlar vermişdi. İqtisadiyyata ziyan verən bu hadisələr, hava çirkliliyinin azalmasının da önünü açdı.
NASA-dan verilən şərhdə, peyklərdən əldə edilən şəkillərin Çindəki havanın çirklilik nisbətində olduqca ciddi bir eniş göstərdiyi ifadə edildi. Təbii hava çirkliliyinin bu qədər azalmasına səbəb isə koronavirus epidemiyasına görə yaşanan iqtisadi yavaşlama oldu.
NASA tərəfindən nəşr olunan xəritələrdə azot-dioksit nisbətindəki sərt eniş göstərildi. NASA-dakı alimlər, motorlu vasitələr və sənaye təsislər tərəfindən salınan zəhərli bir qaz olan azot-dioksit səviyyəsindəki azalmanın, epidemiyanın qaynağı olan Vuhan yaxınlarında başlandığını, ancaq daha sonra gedərək genişlədiyini dilə gətirdi.
Kosmik agentlik hava çirkliliyi səviyyəsindəki bu azalmanın nəqliyyat və sənaye fəaliyyətlərə gətirilən məhdudlaşdırmaqla birlikdə milyonlarla insanın karantin altına alınmasıyla kəsişdiyini dilə gətirdi. NASA hava keyfiyyəti araşdırmaçısı Fei Liu, ilk dəfə bu qədər geniş bir sahədə bu qədər sərt eniş gördüyünü dilə gətirdi. Fei Liu, 2008-ci ildəki resesiya əsnasında da çirklilik nisbətində bir eniş görüldüyünü, ancaq o dövr bunun pilləli reallaşdığını dedi.
Bu an açıqlanan rəsmi rəqəmlərə görə koronavirusu hallarının sayı 87 minə (86 min 997) çatıb. Virusa görə ölüm sayı isə 2.979-dur. Çindən sonra ən çox ölüm halı İran, İtaliya və Cənubi Koreyadadır