Bu informasiyalara qadağa qoyuldu - Qanun
17.03.2020
Milli Məclis "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunda dəyişiklik edib.
Xəbər verildiyi kimi, qanuna dəyişiklik dezinformasiya, yalan məlumatların qarşısını almaq məqsədi güdür.
Dəyişiklikdə nəzərdə tutulan hallar bunlardır:
- internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir,
- insanların həyat və sağlamlığına ziyan vurulmasına, əhəmiyyətli əmlak ziyanının törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına və başqa ictimai təhlükəli nəticələrin baş verməsinə təhdid yaradan yalan məlumatlar yerləşdirilməməlidir.
Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.