Koronadan qorunmaq üçün vasitə - Hazırlanma qaydası
17.03.2020
Dünyanı cənginə alan koronavirus bir çox gigiyenik məhsullarla yanaşı, odekolona da marağı artırıb.
Mütəxəssislərin fikrincə, xüsusilə "80 dərəcə” kimi tanınan odekolonlar daha gigiyenikdir.
Hazırda həddən artıq çox alıcısı olan bu odekolonları evdə hazırlamaq da mümkündür. Belə ki, 150 ml etil spirti ilə 20 ml suyu bir qaba töküb ağzı bağlı formada çalxalamaq lazımdır. Daha sonra isə həmin qarışımın üstünə 10 və ya 15 ml-lik limon ətri əlavə edib yenidən qarışdırmaq kifayətdir.
Mütəxəssislər bildirirlər ki, bu odekolonlar ağzı bağlı, Günəş şüasından uzaq qaldığı müddət ərzində 5 il keyfiyyətini itirmir.