Ermənistanda daha 12 nəfər koronaya yoluxdu
17.03.2020
Ermənistanda koronavirusa yoluxanların sayı daha 12 nəfər artıb.
Bu məlumatı Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan yayıb.
Məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 64-ə çatıb.
Qeyd edək ki, ötən gün koronavirusa yoluxanların düşmən ölkədə 30 nəfər olduğu bildirilmişdi. Bu səbəbdən bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edilib.