Qızıl ucuzlaşır
17.03.2020
Dünyada əlvan metalların qiyməti koronavirusla əlaqədar ucuzlaşmağa başlayıb.
Xəbər verildiyi kimi, qızılın qiyməti 20 dollar ucuzlaşaraq 1497,7 dollar təşkil edib. Gümüş isə 11,81% dəyər itirib və 12,8 dollara enib.
"Röyter”ə açıqlama verən FXTM-in ( "ForeksTaym") baş strateqi Hüseyn Səid bu enişi investorların maliyyə çatışmazlığı ilə əlaqələndirib.
"İnvestorlar pul axtarırlar. Onlar əllərində olan istənilən aktivi, hətta qızılı belə satmağa hazırdırlar. Sərhədlərini bağlayan ölkələrin sayı artdıqca bazarda situasiya daha pis olur”, - Səid deyib.