Gürcüstan sərhədlərini bağlayır
16.03.2020
Gürcüstan hökuməti martın 18-dən etibarən dövlət sərhədlərini bütün xarici ölkə vətəndaşları üçün bağlayacaq.
Bunu Gürcüstanın Baş Nazirinin mətbuat katibi İrakli Çikovani martın 16-da keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, hökumətin qəbul etdiyi qərara əsasən qadağa iki həftə ərzində qüvvədə olacaq.
İ.Çikovani deyib ki, xarici ölkələrdə olan Gürcüstan vətəndaşlarına vətənə hava nəqliyyatı vasitəsilə dönmələri üçün şərait yaradılacaq.