ÜST-ün koronavirusla bağlı son açıqlaması
16.03.2020
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 16-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Xəbər verildiyi kimi, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.
Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 157 ölkə üzrə 169 610 nəfərdir. Son yoluxma sayı 192 nəfərdir. Onların içərisində 15-i yeni olmaqla 6518 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 77 776 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.