Makron məğlub oldu...
16.03.2020
Fransanın ən böyük şəhərləri Paris, Lion və Marseldə hazırkı Prezident Emmanuel Makronun qurucusu olduğu Respublika Hərəkatı Partiyasının namizədləri parlament seçkilərinin ilk turundan lider çıxmayıb.
Xəbər verildiyi kimi, ilk turunun geridə qaldığı seçkilərdə 54,5% əhali səsvermə hüququndan istifadə etməyib. Buna səbəb olaraq koronavirus təhlükəsi göstərilib.
Anketlərdə Yaşıllar Partiyasının (EELV) namizədlərinin bir çox böyük şəhərlərdə seçkilərin ilk turunu birinci bitirərək ikinci tura keçməsi ilə uğur əldə etdiyi ortaya çıxıb. Bununla yanaşı, mərkəz-sağ Respublikaçılar Partiyası, mərkəz-sol Sosialist Partiyası və radikal sağ Milli Birlik Partiyasının 2014-cü ildəki seçkilərdə əldə etdikləri nəticəni qoruduqları bildirilib.
Baş nazir Eduard Filipp təşkil etdiyi mətbuat konfransında seçkilərin ilk turunun yaxşı keçdiyini və epidemiyaya qarşı görülən tədbirlərin yerinə yetirildiyini söyləyib. O, koronavirus təşvişinə görə seçicilərin əksəriyyətinin prosesə qatılmadığını bildirib və mütəxxəsislər, siyasi partiyaların liderləri ilə görüşdükdən sonra seçkilərin ilk turunun ləğv olunub-olunmayacağına qərar verəcəklərini ifadə edib.
Qeyd edək ki, Fransada parlament seçkilərinin ikinci turunun martən 22-də keçirilməsi planlaşdırılır.
Ötən həftədən etibarən uzun müddət ölkəni iflic vəziyyətə gətirən "Sarı jiletlilər” aksiyası yenidən başlayıb. Benzinin bahalaşması və təqaüd yaşına edilən dəyişikliyə qarşı baş qaldıran, daha sonra Prezident Emmanuel Makronun islahatlarına qarşı çevrilən aksiya koronavirus tədbilərinə rəğmən, paytaxt başda olmaqla, bir çox böyük şəhərləri cənginə alıb./publika/