21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Elman Rüstəmov: Devalvasiya ilə bağlı qorxu yoxdur

16.03.2020

Devalvasiya ilə bağlı qorxu yoxdur. Bu məsələ müzakirə belə olunmur.
Bu sözləri Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Real TV-nin "Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.
O bildirib ki, bu gün əsas müzakirə mövzusu bankların vətəndaşlara texniki baxımdan fasiləsiz xidmətidir 
"Bu gün Azərbaycan valyuta bazarında - istər xarici, istərsə də milli valyutaya olan tələb ödənilir. Bu gün banklara müraciət edən əhali sayı çoxdur. Bankların müştərilərə tam şəkildə xidmət edə bilməməsinin başlıca səbəbi olaraq bunu göstərə bilərik ”.
Baş bankirin sözlərinə görə, banklarda kifayət qədər valyuta var və Mərkəzi Bank hər gün bu valyutanı kifayət qədər artırır:
"Hər gün xərclənən pullar kompensasiya edilir. Lakin bununla belə məsələnin həlli iki tərəfdən də asılıdır. Bütövlükdə əhalimiz banklara inanmalıdır.
Bu problem ajiotaj xarakteri daşıyır”.
Mərkəzi Bank rəhbəri bildirib ki, bank sektoru bu gün kifayət qədər dayanıqlıdır.