03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Fövqəladə vəziyyət elan edilsin - Həsənquliyev

14.03.2020

Azərbaycan Respublikası hüquqi dövlətdir və bizdə vətəndaşların hüquq və azadlıqları Konstitusiya və digər qanunlarla qorunur. Onların məhdudlaşdırılması zamanı Nazirlər Kabineti konkret hüquq normalarına istinad etməlidir. Ona görə də təklif edirəm ki, ölkədə fövqəladə vəziyyət elan edilsin.
Bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində bildirib.

"Artıq İspaniyada və ABŞ-da bu məqsədlə fövqəladə vəziyyət elan olunub. Ölkədə karantin elan olunması, vətəndaşların hüquqlarının məhdudlaşdırılması üçün "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmalıdır. Düşünürəm ki, fövqəladə vəziyyətin elan olunması həm də bank-maliyyə sektorunda sabitliyi təmin etmək üçün zəruridir. Çünki bu zaman maliyyə-iqtisadi fəaliyyyətin həyata keçirilməsi "Fövqəladə vəziyyət haqqında" Qanunun 8-ci maddəsinə istinad olunmaqla mədudlaşdırılmalı, gündəlik təlabat mallarının bölüdürülməsində xüsusi rejim tətbiq olunmalıdır. Bununla eyni vaxtda əhali sakitləşsin deyə, milli valyutanın qorunacağına dair söz vermək yox, Qanun qəbul etmək lazımdır”.

Deputatın sözlərinə görə, xalqımız soyuqqanlı yox, emosionaldır:

"Biz Qarabağ uğrunda savaşda bəzi royonları ona görə itirdik ki, müəyyən daxili və xarici düşmənlər əhali arasında panika, təşviş yaratdı. İndi də eyni şeylər baş verir, amma başqa müstəvidə. Ona görə də inandırma yolu ilə əhalinin dollar alışının qarşısını almaq mümükün olmayacaq. Biz imkan verə bilmərik ki, o zaman torpaqlarımızı itirdiyimiz kimi, indi də ölkənin iqtisadiyyatını çökdürüb, onu defolt vəziyyətinə salsınlar. Əhali də bilməlidir ki, onlar kütləvi şəkildə dollar almaqla iqtisadiyyata ciddi ziyan vururlar və bank-maliyyə sektoru çöksə, onların dəyişdirdiyi dollar onların köməyinə çatmayacaq və biz ağır sınaqlarla üz-üzə qalacağıq”.