ÜST Azərbaycanı tərk etdi
13.03.2020
Azərbaycan hökumətinin dəvəti ilə gələn Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 6 nəfərlik ekspert qrupu bu gün ölkəni tərk edir.
Bunu ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla bağlı keçirilən mətbuat konfransında deyib.
O, daha əvvəl buna oxşar tədbirlərin İtaliyada keçirildiyini söyləyib:
"Heyətin geniş hesabatı 1 həftə ərzində Azərbaycan hökumətinə təqdim ediləcək. Bir çox xəstəxanada həkimlərlə görüş keçirilib. Onların bu işi əzmlə, vətənpərvərliklə görməsi bizi ruhlandırdı. Ağciyər İnstitutunda qarşılanmağımız, oradakı şərait bizi qürurlandırdı”.