SEPAH komandiri koronavirusdan öldü
13.03.2020
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Nasir Şabani koronavirusdan ölüb.
Bu barədə SEPAH-ın sözçüsü Ramazan Şərif bildirib.
O qeyd edib ki, indiyədək ən azı 5 SEPAH üzvü koronavirusdan ölüb.
Xatırladaq ki, İranda 514 nəfər COVID-19-dan ölüb, koronavirusa yoluxanların sayı isə 11 364-dür.