Koronanın bioloji silah olması... - İran hərəkətə keçdi
13.03.2020
Yeni tip koronavirusun bioloji silah olması ilə bağlı yayılan məlumatlardan sonra İran hökuməti Səhiyyə və Tibb Qərargahı yaradır.
Bu barədə İranın Ali dini lideri Əli Xamenei göstəriş verib.
"Koronavirusun bioloji silah ola biləcəyinə dair dəlilləri nəzərə alaraq, yaradılacaq qərargah problemin qarşısının alınmasında xidmət göstərə bilər. Eyni zamanda, Silahlı Qüvvələrin koronavirusla bağlı bütün işləri qərargah tərəfindən idarə olunacaq”, - dini lider göstərişində bildirib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə virusdan ölənlərin sayının 429 nəfərə çatdığını bildirib. Ümumilikdə İranda 10 075 koronavirusdan əziyyət çəkir.