SOCAR Səudiyyədən neft alır
13.03.2020
Səudiyyə Ərəbistanı Rusiyanın "Ural” neftini alan Avropa dövlətləri ilə danışıqlara başlayıb və onlara daha aşağı qiymətə neft təklif edib.
Bu məlumatı "Röyter” öz mənbələrinə istinadən yayıb. Agentlik "Saudi Aramko”nun Avropa bazarlarına 1,5 barrel daha çox neft tədarük edəcəyini bildirib.
Son həftələr ərzində Səudiyyə Ərəbistanının "Total”, SOCAR, "Neste Oil Preem”, "Filips 66” ilə danışıqlar apardığı bildirilib. Məlumata görə, "Total” artıq 700 min barrel, SOCAR-ın "Star” neft emalı zavodu isə 3 milyon barrel neft tədarük etmək istəyir.
***
Yayılan məlumatla bağlı Axar.az-a açıqlama verən SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib ki, həmişə belə olub və indi də belədir:
"SOCAR mütəmadi olaraq müxtəlif ölkələrdən, üçüncü tərəflərdən neft alıb-satıb. Bunu SOCAR öz ehtiyaclarına və digər ehtiyaclarına yönləndirib”.