Məlahət İbrahimqızı MM-də rəqibinə söz atdı
13.03.2020
Mən Seçki Məcəlləsinə yenidən baxılmasını təklif edirəm.
Bunu parlamentdə çıxışı zamanı deputat Məlahət İbrahimqızı qızı deyib.
Deputat qeyd edib ki, seçki günü bəzi nöqsanlar özünü göstərib:
"Əlbəttə, YAP olaraq biz qanunun tələblərinə əməl etmişik. Ancaq elə rəqiblərimiz oldu ki, "seçki” sözünü eşidən kimi sosial şəbəkədə kampaniyaya başladı. Bir sıra namizədlər qanunu pozaraq, video-çəkilişlər həyata keçirirdilər. Deputatlığa namizədin seçki günü heç bir məsuliyyəti yox idi. Elə namizəd var idi ki, seçki günü seçki qutusunun üzərində əyləşmişdi”.
Qeyd edək ki, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat seçilən M.İbrahimqızının rəqibi, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev seçki pozuntusuna etiraz olaraq bir məntəqədə seçki qurusunun üzərində oturmuşdu.