21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Koronanın xeyiri: Adi qripə yoluxma kəskin azaldı

13.03.2020

Ölkədə mövsümi qripə, respirator viruslara yoluxma halları kəskin azalıb.
koronavirus pandemiyası təhlükəsi meydana çıxdığı gündən Azərbaycanda mövsümi qriplərə yoluxma da azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə respirator viruslarla bağlı həkimə müraciət edənlərin sayında kəskin azalma var. Xüsusilə bu ərəfələrdə havaların tez-tez dəyişkən keçməsi uşaqlarda qrip kimi xəstəliklərə səbəb olurdu. Amma hazırda xüsusilə kəskinləşmiş respirator virusları ilə bağlı narahatlıq müşahidə edilmir.
Son günlər mövsümi qrip, respirator virusların azalmasını həkimlər, pediatrlar da təsdiqləyir.
Bununla bağlı saytımıza açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, məktəblər bağlanandan sonra mövsümi qriplər uşaqlar arasında kəskin azalıb:
"İndi tövsiyə olunan gigiyenik qaydalar uşaqlara 3 yaşından aşılanmalıdır. Hazırda heç bir dəyişiklik yoxdur. Sadəcə, epidemiya vaxtı bu qaydalara daha ciddi əməl etməliyik. Uşaqların bu aralar xəstələnməməsinə səbəb koronavirusa görə gigiyenik qaydalara daha çox riayət edilməsi və sıx təmasdan çəkinməkdir. Məktəblərin bağlanması da mövsümi qriplərin kəskin azalmasına əsas səbəblərdəndir”.