BMT-də COVID-19-a ilk YOLUXMA
13.03.2020
Filippinin BMT-dəki daimi nümayəndəliyinin əməkdaşı koronavirusa (COVID-19) yoluxub.
Bu barədə TASS xəbər yayıb.
Bildirilir ki, bu, BMT-nin qərargahında COVID-19-a ilk yoluxma halıdır.
Məlumata görə, diplomatik nümayəndəlik bağlanıb, bütün işçilər evdə karantində qalacaq.
Сons Hopkins Universitetinin açıqladığı son məlumatlara görə, dünyada koronavirusa 127,8 mindən çox insan yoluxub. Bunlardan 4718 nəfəri ölüb, 68 mindən çoxu isə sağalıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.