Ronaldo İtaliyaya qayıtmır - koronavirusa görə
12.03.2020
"Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldo koronavirus təhlükəsinə görə İtaliyaya qayıtmır.
Xəbər verildiyi kimi, o, bu barədə kluba məlumat göndərib.
Ronaldo bildirib ki, komanda yoldaşı Daniele Ruqanidə koronavirus aşkarlandığı üçün belə addım atıb.
Məlumata görə, Ronaldo hazırda Portuqaliyanın Madeyra adasında istirahət edir.