İTV-nin binadan yıxılan əməkdaşı barədə - açıqlaması
12.03.2020
Bu gün əməkdaşımızın binanın 6-cı mərtəbəsindən yıxılması hadisəsi onun birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.
Bu barədə axar.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat katibi Aynurə Asimqızı deyib. O bildirib ki, hadisə bu gün təxminən saat 12:40 radələrində baş verib:
"İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb. Şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağrılıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda o, həkimlərin nəzarətindədir. Bununla bağlı aidiyyətı orqanlara məlumat verilib”.