21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Neftə görə İraqa dəyən ziyan açıqlandı

12.03.2020

Dünya bazarlarında neftin qiymətinin yarıbayarı düşməsi İraqda ümumi daxili məhsulun (ÜDM) 30 milyard dollar azalmasına səbəb olacaq.
Bunu İraqın Baş naziri Adil Əbdülmehdi deyib.
"Neftin qiyməti düşməmişdən əvvəl illik gəlirimiz 70-75 milyard dollar arası dəyişirdi. Hazırki vəziyyətə əsasən İraqın illik gəliri 30-40 milyard dollar arası olacaq. Bu da ümumi daxili məhsulda 30 milyard dollar azalma deməkdir”, - baş nazir deyib.
Qeyd edək ki, həm dünya iqtisadiyyatına koronavirusun təsiri, həm də OPEK+ ölkələrinin iclasında Səudiyyə Ərəbistanı ilə Rusiya arasında ziddiyyətin ortaya çıxması neftin qiymətinə kəskin şəkildə mənfi təsir göstərib.